"Sportinq" Fransişku Trinkanın müqaviləsinin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə Lissabon təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Portuqaliya millisinin üzvü ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Sportinq" Fransişku Trinkanı 2022-ci ilin yayında "Barselona"dan transfer edib. 26 yaşlı hücumameyilli yarımmüdafiəçi bu mövsüm komandanın heyətində keçirdiyi 38 oyunda 11 qol vurub, 15 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest