çempionlar Liqasının qrup mərhələsinin III turunda "Benfika"nı 1:0 hesabı ilə məğlub edən "Ayaks" evdəki qələbə seriyasını 5-ə çatdırıb. Matç.az saytı xəbər verir ki, Hollandiya təmsilçisi cari mövsüm avrokuboklarda keçirdiyi 5 ev oyununun hamısında qələbə qazanıb.

Amsterdam klubu "Şturm"u 2:0, "Standart"ı 3:0, Kiyev "Dinamo"sunu 3:1 və AEK-i 3:0 hesabı ilə yenib.

Bu, "Ayaks"ın avrokuboklarda iştirak tarixində 3-cü belə hadisədi. Hollandiyalılar bunadək yalnız iki dəfə mövsümün ilk 5 ev oyununda qələbələri sıralamışdı.

Belə uğurlar 1969/70 və 1995/96 mövsümlərində yaşanmışdı. "Ayaks" 23 ildən sonra həmin göstəricisini təkrarlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest