"İndiki final 2013-cü ildəkindən fərqlidi. çünki bu dəfə əzəli rəqiblər böyük London derbisində üz-üzə gələcək. Bu, yüksək səviyyəli rəqabət olacaq". Matc.az saytının məlumatına görə, bunu "çelsi"nin müdafiəçisi David Luiz deyib.

Ulduz futbolçu Avropa Liqasının Bakıda keçiriləcək final görüşünə hazır olduqlarını söyləyib. Braziliya millisinin üzvü PSJ-də birlikdə çalışdığı "Arsenal"ın hazırkı baş məşqçisi Unay Emeri haqda da danışıb.

32 yaşlı mərkəz müdafiəçisi Emerinin Avropa Liqasını 3 dəfə qazandığına işarə vuraraq, həlledici görüşdə işlərinin çətin olacağını bildirib: "Emeri "Arsenal"da böyük işlər görür. Arsen Venger uzun illər bu komandaya rəhbərlik edib. Yeni baş məşqçi ilə ilk illərdə nəyəsə nail olmaq çətin idi. Amma Emeri öz fəlsəfəsini qurdu və klubda etibar qazanmağa çalışdı. PSJ-də bir neçə ay onunla birlikdə çalışmaq imkanım olub, böyük məşqçidi. Ehtiraslıdı və işini sevir. Xüsusən də, Avropa Liqasını necə qazanmaq lazım olduğunu yaxşı bilir. Buna görə də Bakıda təkcə "Arsenal"la deyil, Emeri ilə də mübarizə aparacağıq".

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşü saat 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest