Avropa Liqasının finalında "çelsi" ilə qarşılaşacaq "Arsenal"da qapıda kimin duracağı bəlli deyil. Matc.az xəbər verir ki, bunu "topçular"ın baş məşqçisi Unay Emeri deyib.

İspaniyalı mütəxəssis mayın 29-da baş tutacaq qarşılaşmada çərçivəni veteran çexə tapşıra bilər. Emeri 37 yaşlı qolkiper barədə xoş fikirlər də səsləndirib: "Hələ 3 gün Bakıda olacağıq, qapıda kimin dayanacağına qərar verməmişəm. çexi yalnız bu il yaxından tanımışam. O, gözəl insan və əla qapıçıdı. Möhtəşəm təcrübəyə malikdi. Petr bizimlə burda olmağa layiqdi, çünki son oyunlarını əla keçirib. Onunla birlikdə işlədiyim üçün şanslıyam. Finalda kimin oynamasından asılı olmayaraq, komandamın çıxışından zövq almaq istəyirəm".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmadan sonra Petr çex peşəkar karyerasını başa vuracaq və bundan sonra "çelsi"də idman direktoru kimi fəaliyyət göstərəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest