"Sarri kimi məşqçidən tapşırıq almaq fərqli ola bilər. Ancaq istənilən halda peşəkar davranmalı və məşqçinin istəklərini yerinə yetirməliyik. Mövsümə həm mən, həm də komanda yaxşı başlamışdı. Sonra məşqçi məndən fərqli şeylər istədi".
"Yeni ölkə, çempionat, mədəniyyət və futbola uyğunlaşmaq asan deyil. Sarri hələ öyrənir. O, futbolçu olmayıb, buna görə də, bu mövsüm çox şey öyrəndi". Matc.az saytının məlumatına görə, bunu "çelsi"nin müdafiəçisi Markos Alonso deyib.
İspaniya millisinin üzvü Avropa Liqasının "Arsenal"a qarşı keçiriləcək final görüşü öncəsi baş məşqçi Mauritsio Sarri haqda düşüncələrini bölüşüb. Cinah oyunçusu italiyalı çalışdırıcının əvvəlki məşqçilərin hamısından fərqi olduğunu düşünür: "Sarri kimi məşqçidən tapşırıq almaq fərqli ola bilər. Ancaq istənilən halda peşəkar davranmalı və məşqçinin istəklərini yerinə yetirməliyik. Mövsümə həm mən, həm də komanda yaxşı başlamışdı. Sonra məşqçi məndən fərqli şeylər istədi. Komanda yenidən qələbələri sıralamağa başlamışdı ki, zədələndim. Bu üzdən bir neçə oyunu buraxdım. Sonrası da pis deyildi. İndi mövsümü yaxşı bitirmək və istirahətə yüksək əhval-ruhiyyədə yollanmaq üçün bir fürsət var. Bunun üçün Bakıdan kubokla dönməliyik".
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək final matçı saat 23:00-da başlayacaq.