"Loftus-çik açıq futbol getdiyi zaman bizim üçün çox faydalı olur. Avropa Liqasının finalını da belə təsəvvür etdiyimdən, onun yoxluğuna üzülürəm". Matc.az xəbər verir ki, bunu "çelsi"nin baş məşqçisi Mauritsio Sarri deyib.

Avropa Liqasının final görüşündə "Arsenal"la qarşılaşacaq "zadəganlar" dünən Bakıya gəlib. Britaniya mətbuatına danışan Sarri heyətdəki itkilərdən narahat olduğunu dilə gətirib: "Bostondakı meydança yaxşı vəziyyətdə deyildi. Amma Kantenin zədələnməsinin tək səbəbi bu deyildi. Həmçinin başqa zədəlilərimiz də var. Təbii ki, bunlar bizi narahat etməyə bilməz. Ancaq indi diqqətimizi matça yönəltməliyik".

İtaliyalı mütəxəssis sabahkı qarşılaşmada rəqibin pressinqinə hazır olduqlarını deyib: "Adətən "Arsenal"la görüşdüyümüz zaman açıq futbol olur. Lyakazett və Obameyanq kimi güclü ön xətt oyunçuları var. Hücuma keçdikləri zaman çox təhlükəli olurlar. Hücum futbolu sevirlər və meydanın rəqibə aid hissəsində yaxşı pressinq tətbiq edirlər. Bu üzdən onlara qarşı oynamaq asan deyil. üstəlik, indi "Arsenal"ın qələbəyə daha çox ehtiyacı var. çünki yalnız bu yolla çempionlar Liqasına vəsiqə qazana bilərlər. Bu da bizim üçün riskdi. çünki təzyiq altında oynayacağıq. İndidən rəqibin təzyiqinə hazır olmalıyıq. Finala motivasiya olunmaq baxımından onlardan geri qala bilərik. İstəyimiz çempionlar Liqasına Premyer Liqadan getmək və Avropa Liqasının qalibi olmaq idi. Bizim üçün bu, çox önəmlidi. Hesab edirəm ki, kuboku qazanmağa layiqik".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək final matçı 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest