Sabah Bakıda Avropa Liqasının final görüşü keçiriləcək. Matc.az saytının məlumatına görə, həlledici qarşılaşmada "çelsi" ilə "Arsenal" üz-üzə gələcək.

Oyunöncəsi "zadəganlar"ın baş məşqçisi Mauritsio Sarri təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Komandada vəziyyət necədi? Zədəliniz var?

- Kiçik bir problem idi. Əsas məsələ vaxt azlığıdı. Nqolo Kantenin dizində problem var idi. Əslində bu o qədər də ciddi zədə deyil. 3-4 günə tam hazır ola bilərdi. Sabah da çalışacağıq meydana çıxsın. Amma bu dəqiqə nəsə deyə bilmərik.

- Şanslar nə qədərdi?

- Dünən bəlkə 60/40-a olardı, amma bu gün 50/50-di.

- Kante sabaha sağalmasa, işiniz necə olacaq?

- Yarımmüdafiədə bizimlə 3 oyunçu var. Nqolo bizim üçün olduqca vacib oyunçudu. Müdafiəyəmeyilli yeganə oyunçu odu. Əlimizdən gələni edirik ki, onu bərpa edək. ümid edirəm ki, yetişəcək. çünki Kantenin olmaması bizim üçün problemdi.

- İtaliyada deyirlər ki, bu, sizin "çelsi" ilə sonuncu oyununuzdu...

- Biz əvvəlcə final barədə düşünməliyik. Əslində isə müqaviləmiz 3 illikdi.

- Mövsümün əvvəlində demişdiniz ki, yayda klub hara getsə, mən də ora gedəcəm...

- Fikrimi məndən yaxşı bilirsiniz. Bu gün ancaq final barədə danışsaq, yaxşı olar.

- Sabahkı oyun "çelsi" üçün nə qədər vacibdi...

- çL-ə vəsiqədən daha önəmlidi. Biz artıq bu işin öhdəsindən gəlmişik. Sabah isə Avroliqanın finalında oynayırıq. Qələbə qazansaq, əla mövsüm keçirmiş olacağıq.

- Azarkeşlərlə bağlı məsələlər var idi. Siz bu barədə nə deyə bilərsiniz?

- Bununla bağlı nəsə deyə bilmərəm. UEFA-ya müraciət etməlisiniz. Biz isə məyusuq. ümid edirəm ki, azarkeşlərimiz burda olacaqlar. Olmasa da, çalışacağıq onlar üçün qələbə qazanaq.

- Bu, sizin üçün həyatınızın ən böyük anlarından biridimi?

- Bilmirəm. çünki məşqçinin keçirdiyi hisslər və jurnalistin hissləri fərqlidi. KİV üçün bu oyun həyatımın ən böyük anı kimi qeyd oluna bilər. Bu barədə sabah daha dəqiq danışa bilərəm.

- Məşqçi üçün Eden Azar kimi oyunçu ilə işləmək necə hissdi?

- Eden Azarın matç zamanı meydanda olmağı böyük üstünlükdü, həm də problemdi. Amma o, üzərində daha çox çalışmalıdı. Avropanın ən böyük oyunçusu ola bilər. Probelm ondan ibarətdi ki, o çox istedadlıdı. Bəzən məşqdə hər şey onun üçün elə asan olur ki, bizə çətin olur.

- Jiru "Arsenal"da da uzun müddət oynamış futbolçudu. Bu mövsüm isə yaxşı formadadı. Sabah o, sizin üçün nə qədər önəmli olacaq?

- Jirunun yoxluğu bizim üçün böyük problem ola bilərdi. Amma hələ qərar verməmişəm. Sabah daha dəqiq qərar verə bilərəm.

- "çelsi"də ilk mövsümünüzdə 3-cü yeri tutdunuz. Siz "çelsi"dən ayrılsanız, özünüzü xoşbəxt hesab edəcəksiniz?

- Mövsümün əvvəli mənim üçün çox çətin idi. çünki oyunçularımla dil tapmaqda çətinlik çəkirdim. Fevraldan sonra isə onlar çox dəyişdilər, bəlkə də, mən dəyişdim. Amma hazırda 20-22 çox sevdiyim oyunçum var və gələcək qərarlarımda bunları nəzərə almalı olacam. Həm də mən Premyer Liqa futbolunu çox sevirəm.

Zaur XUDİYEV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest