"Biz "Çelsi"yik və həmişə titul üçün mübarizə aparırıq. ÇL-ə vəsiqə başqa, Avroliqada qalib gəlmək başqadı. 7 ildi burda çıxış edirəm. Həmişə stadiona eyni fikirlə gəlirəm, bütün matçlara qalib gəlmək üçün çıxırıq. Belə olmayanda isə çox məyus oluruq".
"ötən ilin iyulundan etibarən Sarri ilə intensiv işləyirik. Bunun nəticəsində çox güclü komanda olduq və finaldayıq. Hesab edirəm ki, buna layiqik. Gələcək haqda fərziyyələr söyləmək istəməzdim". Matc.az saytının məlumatına görə, bunu "çelsi"nin kapitanı Sezar Azpilikueta deyib.
İspaniyalı müdafiəçi təşkil edilən mətbuat konfransında sabah "Arsenal"a qarşı keçiriləcək Avropa Liqasının final görüşünü dəyərləndirib.
- "Arsenal"ın baş məşqçisi dedi ki, "çelsi" artıq çL-ə vəsiqə qazandığı üçün onlarda təzyiq bizdən daha azdı...
- Mən belə düşünmürəm. Biz "çelsi"yik və həmişə titul üçün mübarizə aparırıq. çL-ə vəsiqə başqa, Avroliqada qalib gəlmək başqadı. 7 ildi burda çıxış edirəm. Həmişə stadiona eyni fikirlə gəlirəm, bütün matçlara qalib gəlmək üçün çıxırıq. Belə olmayanda isə çox məyus oluruq.
- "çelsi"də bir neçə ildi oynayırsız. Əgər nəsə qazanmasanız, bu mövsümü uğursuz hesab eləmək olar?
- Mövsümün əvvəlindən həmişə titul üçün mübarizə aparırıq. Avroliqa da bizim üçün çox önəmlidi. Titul qazanmaq həmişə vacibdi. Bizdə də bu qələbə aclığı var.
- Sabah siz kapitan olacaqsınız və kuboku qaldıracaqsınız. Nə vaxtsa belə bir xayalınız var idi?
- Uşaqlıqdan bunu arzulayırdım, çox qürurverici məqamdı. "çelsi"də kapitan olmaq şərəfdi. Düşünürəm ki, sabah kubok qaldırmaqdan daha çox oyun haqda düşünməliyik.
- İki London komandası Bakıda mübarizə aparacaq. Qələbə qazansanız karyeranız üçün nə dərəcədə önəmli olacaq?
- Əlbəttə, bu, karyeramız üçün əlavə titul olacaq. Yaxşı imkanımız var.
- "Arsenal" artıq çempionluq mərasimi üçün hazırlıqlar barədə məlumat verib. Bu barədə nə deyə bilərsiniz?
- Biz bu barədə nəsə planlaşdırmamışıq, amma o demək deyil ki, qalib gəlmək istəmirik. Hər kəs qələbə qazanmaq istəyir.
Zaur XUDİYEV