12 İyun 2025, 16:46
FUTBOL
"Çelsi"nin yeni mövsüm üçün heyətdə düşünmədiyi Aksel Disasi İtaliyada çıxış edə bilər.
Matc.az xəbər verir ki, bu barədə "TuttoJuve" məlumat yayıb.
"Yuventus" fransalı mərkəz müdafiəçisini heyətinə qatmaq istəyir. A Seriyası klubu 27 yaşlı futbolçu üçün "Çelsi" ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Aksel Disasi ötən mövsümün ikinci yarısında icarə əsasında "Aston Villa"nın formasını geyinib.