12 İyun 2025, 18:20
FUTBOL
İtaliyalı sağ cinah müdafiəçisi Nikolo Savona "Yuventus"la müqaviləsini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
22 yaşlı futbolçu ilə yeni müqavilə 2030-cu il iyunun 30-dək nəzərdə tutulub.
Qeyd edək ki, italyan futbolçu "Yuventus"un yetirməsidir və o, 2024-cü ilin avqustunda Turin klubunun əsas komandasında oynamağa başlayıb. Ötən mövsüm Savona 37 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
"Yuventus" ötən mövsüm 70 xal toplayaraq İtaliya A Seriyasının turnir cədvəlini 4-cü pillədə başa vurub.
Klublararası dünya çempionatında "Yuventus" BƏƏ-nin "Əl-Ayn", İngiltərənin "Mançester Siti" və Mərakeşin "Vidad" klubları ilə G qrupunda mübarizə aparacaq.