15 İyun 2025, 10:00
FUTBOL
İtaliyanın "İnter" klubunun iranlı hücumçusu Mehdi Taremi klublararası dünya çempionatında iştirakı etmək üçün komandaya qoşula bilməyib.
Matc.az xəbər verir ki, o, hazırda İranda baş verən hərbi gərginlik səbəbindən ölkəni tərk edə bilmir.
Bildirilir ki, "İnter" klubu futbolçu ilə davamlı əlaqədədir və yaranmış problemi aradan qaldırmaq üçün bütün imkanlardan istifadə edir. Klub nümayəndələri bildiriblər ki, Tareminin təhlükəsizliyi birinci dərəcəli məsələdir.
Qeyd edək ki, klublararası dünya çempionatında iştirak etməyə hazırlaşan "İnter" klubu hazırda ABŞ-ın Los-Anceles şəhərindədir. İyunun 15-dən iyulun 13-dək keçiriləcək turnirdə 32 komanda iştirak edəcək.