06 Mart 2026, 11:32
FUTBOL
"Aston Villa" "Yuventus"dan icarəyə götürdüyü Duqlas Luisin transfer hüquqlarına yiyələnəcək.
Matc.az xəbər verir ki, bu barədə "JuventusNews24.com" saytı məlumat yayıb.
İngiltərə klubu 27 yaşlı yarımmüdafiəçi üçün 25 milyon avroluq satınalma bəndini işə salacaq.
Qeyd edək ki, "Aston Villa" Duqlas Luisi yanvarda icarəyə götürüb. Braziliya millisinin üzvü Birmingem təmsilçisinin heyətində keçirdiyi 7 rəsmi oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.










_1772796978.jpg)

