06 Mart 2026, 16:38
FUTBOL
"Brayton" yarımmüdafiəçi Cek Hinşelvudun müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İngiltərə U-21 millisinin üzvü ilə 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Cek Hinşelvud "Brayton"un yetirməsidir. 20 yaşlı dayaq yarımmüdafiəçisi bu mövsüm "qağayılar"ın heyətində keçirdiyi 21 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib.











_1772816845.jpg)
