Polşa və "Barselona"nın hücumçusu Robert Levandovski İspaniya klubundakı gələcəyi ilə bağlı yaxın gələcəkdə qərar verəcəyini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.

"Gələcəkdə nə etmək istədiyimə qərar vermək üçün özümə təxminən 3 ay vaxt verəcəyəm.

"Barselona" bizə lazım olan hər şeyi verir və ailəm və mən burada özümüzü çox rahat hiss edirik", - Levandovski deyib.

Polşalı hücumçu 2022-ci ilin yayından bəri kataloniyalıların heyətindədir. Bu müddət ərzində o, 6 kubok qazanıb. Bu mövsüm təcrübəli hücumçu 32 oyun keçirib, 14 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun müqaviləsi iyun ayında bitir.

Qeyd edək ki, hücumçu sol göz yuvasının sınığından sonra bu yaxınlarda komanda ilə məşqlərə başlayıb. Hazırda o, qoruyucu maska ​​taxmaq məcburiyyətinindədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest