2018-ci ilin ən yaxşı futbolçusu Luka Modriç Bakıya gəlib. Xorvatiya millisinin və "Real"ın yarımmüdafiəçisi bu gün Bakı Olimpiya Stadionunda "Arsenal" və "Çelsi" arasında keçiriləcək Avropa Liqasının final matçını izləyəcək.

2018-ci ilin ən yaxşı futbolçusu Luka Modriç Bakıya gəlib. Matc.az xəbər verir ki, Xorvatiya millisinin və "Real"ın yarımmüdafiəçisi bu gün Bakı Olimpiya Stadionunda "Arsenal" və "çelsi" arasında keçiriləcək Avropa Liqasının final matçını izləyəcək.

Onunla yanaşı, sabiq məşhurlar - portuqaliyalı Deku və Luiş Fiqu, fransalı Rober Pires və rusiyalı Andrey Arşavin də Azərbaycan paytaxtındadılar.

Qeyd edək ki, oyun saat 23:00-da başlayacaq. Report

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest