"Hazırda İngiltərə Premyer Liqası Avropada "1 nömrə"di. Bu ölkənin klublarının avrokubokların finalına yüksəlməsi digər ölkə çempionatlarının geridə qalmalarından xəbər verir". Matc.az saytının məlumatına görə, bunu Rusiyanın əfsanəvi futbolçusu Andrey Kançelskis deyib.

ölkəsində rusfootball.info saytına müsahibə verən "Mançester Yunayted" və "Everton"un sabiq futbolçusu bu gün Bakıda keçiriləcək Avropa Liqasının final görüşündə iki ingilis klubunun üz-üzə gəlməsini dəyərləndirib. O, "zadəganlar"ı bu cütlükdə favorit hesab edir: "çelsi" ilə "Arsenal" arasında maraqlı oyun olacağına əminəm. Ancaq bununla bağlı mərc etməmişəm. çünki necə nəticələnəcəyini bilmirəm. Komandaların şanslarına nəzər yetirsək, fikrimcə, hazırkı durumda "çelsi" üstündü. çünki onların bütün xətləri balanslaşdırılmış vəziyyətdədi. Məncə, "çelsi" qalib gələcək. Ancaq bu, finaldı və hər şey baş verə bilər. Düşünürəm ki, oyun penaltilər seriyasına qədər uzanmayacaq, normal vaxtda başa çatacaq. İstənilən halda baxımlı oyun izləyəcəyik. çünki ingilislər açıq futbol sərgiləyirlər. Məhsuldar oyun gözlənilir".

özbəkistan klubu "Navbahor"u çalışdıran 50 yaşlı mütəxəssis "Arsenal"ın erməni futbolçusu Henrik Mxitaryanın Bakıya gəlməkdən imtina etməsinə də münasibət bildirib: "Mxitaryanın Bakıya yollanmaqdan imtina etməsini başa düşə bilmirəm. Kimdən qorxursan, hansı siyasi əlaqələrdən? Sən futbolçusan, getməli və oynamalısan. Bu nə cəfəngiyyatdı? Sadəcə, gülməlidi. Bir növ klounluqdu. Gedib oynamaq və heç kimdən qorxmamaq lazımdı. Siyasi məsələdən sənə nə? Azərbaycanla Ermənistan arasındakı münasibətlər necə olursa-olsun, getmək və oynamaq lazımdı. Orda heç kim barmağına da toxunmayacaq. Bəlkə fitə basacaqlar, qışqıracaqlar. Maradona da İngiltərəyə əllə qol vurduğu üçün fitə basılmışdı. Maradona ki yaşayır. Əgər Mxitaryan çox qorxubsa, özünə pampers alsın. Əgər insan bir şeyi istəyirsə, öz gücü ilə edəcək. Yox, qorxursansa, qorxaq olduğunu etiraf et. Mən klubun rəhbəri olsaydım, peşəkar öhdəliyini yerinə yetirmədiyi üçün Mxitaryanı cərimələyərdim. Əgər Avropa Liqasını qazana bilməsələr, məhz Mxitaryan günahlandırılacaq. çünki getmədi və komandaya kömək etmədi".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək final qarşılaşması saat 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest