Avropa Liqasının finalında bu gün "Arsenal"la qarşılaşacaq "çelsi"nin iki aparıcı futbolçusu Perdo Rodriges və Eden Azar UEFA-nın rəsmi saytına açıqlama verib. Matc.az saytının məlumatına görə, hər iki ulduz futbolçu qələbəyə kökləndiklərini deyib.

Pedro kuboku qazanmaqla mövsümü yüksək əhval-ruhiyyədə bitirmək istədiklərini vurğulayıb: "Bu kuboku qazanmaq bizim üçün ən sevindirici məqam olar. Bu, həm də mövsümboyu düzgün iş gördüyümüz anlamına gələr. Bu fürsəti dəyərləndiymək və kuboku qaldırarkən yaşanan hiss bənzərsiz olar".

Azar isə hər iki komandada yorğunluq olduğunu söyləyib: "Mövsümün sonu olduğundan, hamıda yorğunluq var. Bunun da təsiri olacaq. İşin psixoloji tərəfi də var. Məncə, bu baxımdan kim daha hazırlıqlı olsa, o da qalib gələcək".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək final matçı saat 23:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest