"Fikrimcə, hazırda Çempionlar Liqasının final matçının keçiriləcəyi İspaniyanın paytaxtı Madriddə də problemlər var. Hər bir şəhərdə pik yüklənmə olur. Londonun özündə də yerləşmə, otellər sarıdan az problem olmayacaqdı".
"Təəssüratlarım əladı. Gözəl şəhər, gözəl insanlar, qonaqpərvərlik görürük. Əminəm ki, bugünkü qarşılaşma bura gələn bütün azarkeşlərə böyük emosiyalar bəxş edəcək".
Matc.az xəbər verir ki, bunu UEFA İcraiyyə Komitəsinin üzvü, Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko Bakıda "Arsenal"la "çelsi" arasında keçiriləcək Avropa Liqasının final görüşü barədə danışarkən deyib.
44 yaşlı funksioner bildirib ki, belə səviyyəli oyunları qəbul edən bütün şəhərlərin infrastrukturunda yüklənmələrin olması normaldı: "Fikrimcə, hazırda çempionlar Liqasının final matçının keçiriləcəyi İspaniyanın paytaxtı Madriddə də problemlər var. Hər bir şəhərdə pik yüklənmə olur. Londonun özündə də yerləşmə, otellər sarıdan az problem olmayacaqdı. Bu, həqiqətən də, dünyanın hər yerindən qonaqların toplaşdığı futbol bayramıdı. Əlbəttə, şəhərin infrastrukturunda yüklənmənin baş verməsi mümkündü. Demək olmaz ki, dünyanın hansısa şəhəri Avropa futbolunun belə vacib oyunlarını gərginlik olmadan qəbul edə bilər".
Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı final matçı saat 23:00-da başlanacaq. Report