Kamranla 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Rusiyanın SKA klubu ilə müqaviləsi başa çatan Kamran Əliyev gələcəyi ilə bağlı qərarını verib.

Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Xabarovsk təmsilçisində qalacaq. Bu barədə klubun mətbuaat xidməti məlumat yayıb.

Kamranla 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Kamran Əliyev ötən ilin yayında "Sumqayıt"dan ayrıldıqdan sonra SKA-ya keçib. 26 yaşlı vinger başa çatan mövsümdə I Divizion təmsilçisinin heyətində keçirdiyi 35 oyunda 4 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest