29 May 2019, 16:55
AVROPA LİQASI
Bu gün Bakıda keçiriləcək Avropa Liqasının final oyununu izləmək üçün ölkəmizə gələn turistlər sürprizlə qarşılanırlar. Matc.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşları azarkeşləri xüsusi hədiyyələrlə qarşılayıblar.
Xanım fanatlara gül dəstələri, kişilərə isə üzərində "Tofiq Bəhramov - 1966" sözləri yazılmış brelok hədiyyə olunur.