Avropa Liqasında final görüşünün ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib. Bakı Olimpiya Stadionunda keçirilən "Çelsi" - "Arsenal" oyununda UEFA 4 futbolçunu fərqləndirib.

Avropa Liqasında final görüşünün ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib. Matc.az saytının məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən "çelsi" – "Arsenal" oyununda UEFA 4 futbolçunu fərqləndirib.

Bunların hamısı həlledici qarşılaşmada rəqibi üzərində 4:1 hesablı qələbə qazanan "çelsi" oyunçuları olub. Mövsümün son oyununun ən yaxşısı adına müdafiəçi Emerson Palmieri, yarımmüdafiəçilər Eden Azar, Pedro Rodriges və hücumçu Olivye Jiru iddia edir.

Qalib azarkeşlər arasında aparılacaq səsvermə nəticəsində müəyyənləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest