"Oynamalı və sona qədər əlimdən gələni etməli idim. Mövsüm ərzində çox çalışmağımıza baxmayaraq, titulsuz qaldıq. Komandam buna layiq deyildi, çünki bura gəlmək üçün çox əziyyət çəkdi".
"Bu gün meydana çıxdığım üçün fəxr edirəm. çünki karyeranızın son oyununu finalda keçirirsinizsə, təzyiq və söz-söhbətlər qaçılmaz olur". Matc.az saytı xəbər verir ki, bunu "Arsenal"ın qapıçısı Petr çex deyib.
Avropa Liqasının final görüşündə "çelsi"yə məğlub olan (1:4) "topçular" titul şansını qaçırıb. çexiyalı qolkiper buna təəssüfləndiyini söyləyib.
çex gələcəyi ilə bağlı sualı isə cavabsız qoyub: "Oynamalı və sona qədər əlimdən gələni etməli idim. Mövsüm ərzində çox çalışmağımıza baxmayaraq, titulsuz qaldıq. Komandam buna layiq deyildi, çünki bura gəlmək üçün çox əziyyət çəkdi. Mövsümü əliboş bitirdiyimizi demək asandı. Amma hər kəs əmin ola bilər ki, bu il gördüyümüz işlər komandanın gələn mövsüm daha güclü olmasına şərait yaradacaq. Kuboku qaldırdıqdan sonra gələcəyim haqda düşünmək istəyirdim. İyunun 30-dək "Arsenal"ın futbolçusuyam".