"İkinci hissəyə biz yaxşı başladıq, xətlər arasında əlaqə daha möhkəm oldu. Bu, inanılmazdı - yenə avrokubokun finalında qol vurdum. Bu günün ən yaxşısı komanda işi oldu. Yenə titul qazandıq, çox xoşbəxtəm".
"Birinci hissədə açıq futbol getdi. "Arsenal"ın yaxşı qol imkanları oldu". Matc.az saytının məlumatına görə, bunu "çelsi"nin yarımmüdafiəçisi Pedro Rodriges deyib.
İspaniyalı futbolçu Bakı Olimpiya Stadionunda Avropa Liqasının "Arsenal"a qarşı keçirilən final görüşünü dəyərləndirib.
Komandasının qələbəsinə qolla töhfə verən ulduz futbolçu sevincini gizlətməyib: "İkinci hissəyə biz yaxşı başladıq, xətlər arasında əlaqə daha möhkəm oldu. Bu, inanılmazdı - yenə avrokubokun finalında qol vurdum. Bu günün ən yaxşısı komanda işi oldu. Yenə titul qazandıq, çox xoşbəxtəm. Düşünürəm ki, buna layiq idik. çünki bu mövsüm Avropa Liqasının ən güclüsü idik. Mövsümü titulla başa vurmaq idealdı. Eden Azarın da kubok qazanmasına sevindim".