Avropa Liqasının final görüşündə "Arsenal" üzərində böyükhesablı qələbə qazanan (4:1) "zadəganlar" Bakını kubokla tərk edirlər.
"Komandamızda eniş və yüksəliş dövrləri oldu. Lakin əhəmiyyətli dərəcədə irəliləyişə nail olduq və bu mövsüm çox şey öyrəndik". Matc.az saytının məlumatına görə, bu sözləri "çelsi"nin müdafiəçisi David Luiz deyib.
Avropa Liqasının final görüşündə "Arsenal" üzərində böyükhesablı qələbə qazanan (4:1) "zadəganlar" Bakını kubokla tərk edirlər.
Buna görə sevincli olduğunu bildirən Luiz baş məşqçi Mauritsio Sarrini də tərifləyib: "Mövsümü də əla - titulla başa vurduq. Bu, "çelsi"də 3-cü avrokubok titulumdu. London klubunda oyunuma inanırlar. Sarri gözəl insan, böyük məşqçidi. O, Bakıda kuboku başı üzərinə qaldırmağa layiq idi. Klub üçün böyük iş gördü. Baş məşqçinin gələcək taleyi ilə bağlı heç nə deyə bilmərəm. Yaxşısı budu, kuboku müzakirə edək".