"Arsenal"la "çelsi"nin təkcə Londondakı deyil, Bakıya səyahət edən digər ölkələrdəki azarkeşlərinin və xarici turistlərin sayını müsbət qiymətləndirirəm". Matc.az saytının məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Britaniya mətbuatına açıqlama verən assosiasiya rəsmisi Avropa Liqasının final qarşılaşmasında təxminən 10 min yerin boş qalmasına aydınlıq gətirib.

Məmmədov bunun əsasən "Ayntraxt" azarkeşlərindən qaynaqlandığını düşünür. çünki almanlar hələ yarımfinal mərhələsində olarkən komandalarının finalda iştirakına o qədər əmin idilər ki, həlledici oyun üçün bilet almışdılar: "Boş oturacaqların əksəriyyəti əvvəldən finala bilet alan, ancaq bura gəlməyən frankfurtlu azarkeşlərdən qaynaqlanır. Biz həmin biletlərin satılmamasından məyus deyilik.Hesab edirəm ki, onlar biletləri satmayıb, özlərində saxlamağa qərar verdilər".

İngiltərə KİV-də arenadakı atmosferin ürəklərincə olmadığı yazılıb. Ancaq Məmmədov stadiona gələn 30 min xarici və 22 min yerlinin yaratdığı atmosferdən məmnunluq ifadə edib: "Şəhərdə əsl bayram yaşanırdı. Oyundan əvvəl şəhər London küçələrinə bənzəyirdi. "Arsenal" və "çelsi" azarkeşləri tərəfindən müsbət izdiham yaranmışdı. Stadionun ətrafında matçdan əvvəl əyləncə üçün gözəl proqram təşkil olunmuşdu. Həmçinin açılış mərasimi də çox yaxşı idi. Bundan da yaxşısının edilə biləcəyini söyləyə bilmərəm. Azarkeşləri cəlb etmək üçün tədbirlər keçirildi".

Baş katib Avropa Liqasının final qarşılaşmasının gələn il ölkəmizdə 4 oyunu keçiriləcək Avropa çempionatı üçün test olduğunu da sözlərinə əlavə edib: "Fikrimcə, yaxşı test oldu. Final zamanı nəqliyyatı və bütün təşkilatçılığı sınadıq. Təbii ki, bunun təhlilini aparacağıq. Ancaq mənfi yöndə heç bir rəy olmayıb. Avropa çempionatı milli səviyyəsində böyük hadisədi. Avropa Liqasının finalı isə Bakının nələr edə biləcəyinin yaxşı göstəricisi idi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest