31 May 2019, 10:12
AVROPA LİQASI
Avropa Liqasında mövsümün son həftəsinin ən yaxşı oyunçusu müəyyənləşib. Matc.az xəbər verir ki, "çelsi"nin vingeri Eden Azar son qarşılaşmanın ən yaxşısı adına layiq görülüb.
Bu nominasiyaya "çelsi"nin digər oyunçuları - müdafiəçi Emerson Palmieri, yarımmüdafiəçi Pedro Rodriges və hücumçu Olivye Jiru da iddia edirdi. Lakin azarkeşlər UEFA-nın rəsmi saytında aparılan sorğuda belçikalı forvarda üstünlük verib.
"çelsi" Bakıda keçirilən Avropa Liqasının finalında "Arsenal"ı 4:1 hesabı ilə məğlub edib. Azar həmin oyunda 2 qol, 1 assistlə yadda qalıb.