FİFA İspaniya çempionatının XXI turunun "Jirona" – "Barselona" matçının ABŞ-da keçirilməsinə icazə verməyəcək. Matç.az İspaniya mətbuatına istinadən xəbər verir ki, qurumun Şurasının Ruandada keçiriləcək iclası bu məsələni gündəliyinə daxil edib.

Yığıncaqda matçın Mayami şəhərində keçirilməsinə qadağa qoyulacağı iddia olunur. çünki FİFA bir ölkənin çempionatının oyununun başqa ölkədə baş tutmasını dəstəkləmir.

Qeyd edək ki, gələn il yanvarın 27-də baş tutmalı olan görüş İspaniya çempionatının ABŞ-da təşkil olunan ilk görüşü kimi tarixə düşə bilər.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest