2019-20 mövsümündə Azərbaycanı Avropa Liqasının I təsnifat mərhələsində təmsil edəcək "Neftçi" və "Səbail"in bütün potensial rəqibi müəyyənləşib.

3,800 reytinqə malik olan təmsilçilərimiz püşkatma zamanı səpələnmişlər səbətində qərarlaşacaq. ümumiyyətlə, I təsnifat mərhələsində mübarizə aparacaq 94 komandadan artıq 86-nın iştirakı dəqiqdi. Onlardan 46-sı səpələnmiş, 40-ı səpələnməmişlərdə qərarlaşıb. Səpələnmişlərdə olacaq Danimarka klubunun adına bu gün keçiriləcək pley-off matçından sonra aydınlıq gələcək. İlkin təsnifat mərhələsinin 7 qalibi isə "Neftçi" və "Səbail"in mümkün rəqibləri sırasına qoşulacaq.

Səpələnmişlər: "Legiya", "Krakoviya" (hər ikisi Polşa), "Styaua", (Rumıniya), "Malmö", "Norçepinq" (hər ikisi İsveç), "Mölde", "Brann", "Hoqesun" (hamısı Norveç), "MOL-Vidi" (Macarıstan), "Dinamo", "Vitebsk", "Şaxtyor" (hamısı Belarus), "Spartak" (Slovakiya), "Apollon", AEK (hər ikisi Kipr), "Jalgiris", "Trakai" (hər ikisi Litva), "Aberdin", "Reyncers", "Kilmarnok" (hamısı Şotlandiya), "Jrinski" (Bosniya və Herseqovina), "Kayrat", "Tobol", "Ordabasi" (hamısı Qazaxıstan), "Radniçki", "çukariçki" (hər ikisi Serbiya), "Domjale", "Olimpiya" (hər ikisi Sloveniya), "Kruzaders" (Şimali İrlandiya), "Ventspils" (Latviya), "Styarnan" (İslandiya), "Fola" (Lüksemburq), "Vaduts" (Lixtenşteyn), "Neftçi", "Səbail" (hər ikisi Azərbaycan), "Kork Siti" (İrlandiya), "Hapoel" Beer-Şeva, "Makkabi" Hayfa (hər ikisi İsrail), "Hayduk" (Xorvatiya), "Kukesi" (Albaniya), "Alaşkert" (Ermənistan), "Dinamo" (Gürcüstan), MOİK, "Levski" (hər ikisi Bolqarıstan), "Buduçnost" (Monteneqro), "Levadiya" (Estoniya), Danimarka çempionatında pley-offun qalibi.

Səpələnməmişlər: "Dunayska Ştreda", "Rujomberok" (hər ikisi Slovakiya), "B-36 Torshavn" (Farer adaları), "çixura", "Torpedo" (hər ikisi Gürcüstan), "Debretsen", "Honved" (hər ikisi Macarıstan), "Milsami", "Petrokub", "Speranta" (hamısı Moldova), "Trans", "Flora" (hər ikisi Estoniya), "Liepaya", "Riqa" (hər ikisi Latviya), "Qzira", "Baltzan", "Hibernian" (hamısı Malta), "Reykyavik", "Breydablik" (hər ikisi İslandiya), "Şemrok Rovers", "Sent-Patriks" (hər ikisi İrlandiya), "Şkupi", "Akademiya Pandev", "Makedoniya Qerçe" (hamısı Makedoniya), "Şiroki Briyeq", "Radnik" (hər ikisi Bosniya və Herseqovina), "Konnak" (Uels), "Kuopio", "Rovaniemi", "İnter" (hamısı Finlandiya), "Ştumbras" (Litva), "Universitatea" (Rumıniya), "Mura" (Sloveniya), "Banants", "Lori" (hər ikisi Ermənistan), "Teuta", "Laçi" (hər ikisi Albaniya), "Yenneş" (Lüksemburq), "Zeta", "Titoqrad" (Monteneqro), ilkin mərhələnin 7 qalibi.

Qeyd edək ki, Avropa Liqasında ilk iki təsnifat mərhələsinin püşkatması iyunun 18-19-da İsveçrənin Nyon şəhərində keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest