31 İyul 2025, 19:12
FUTBOL
"Beşiktaş"ın portuqaliyalı yarımmüdafiəçi Qedson Fernandes Moskva "Spartak"ına keçib.
Matc.az xəbər verir ki, bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb.
Fernandes 2022-ci ildən İstanbul klubunda çıxış edib. O Türkiyə Kuboku və Superkubokunu qazanıb. "Beşiktaş"ın heyətində Gedson bütün turnirlərdə 131 matçda 18 qol vurub və 16 məhsuldar ötürmə edib.