02 İyun 2019, 15:22
ÇEMPİONLAR LİQASI
"Tottenhem"i məğlub edərək (2:0) çempionlar Liqasının qalibi olan "Liverpul"da kapitan Cordan Hendersonun hərəkəti diqqət çəkib. Matc.az saytının məlumatına görə, ulduz futbolçu çempionluq sevincini qarşılaşmadan sonra xərçəng xəstəliyindən əziyyət çəkən atası ilə qeyd edib.
Belə ki, oyundan sonra fotoqraflar olan tərəfə gedən və orda olan atasını qucaqlayan yarımmüdafiəçi göz yaşlarını saxlaya bilməyib.
Maraqlıdı ki, hazırda müalicə olunan ata Henderson diaqnoz qoyulduqdan sonra bərpa prosesi dövründə oğlunun onu görməsini istəməyib. Lakin çempionlar Liqasının final görüşü istisna olub.