06 İyun 2019, 12:00
AVROPA LİQASI
Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Neftçi"nin heyətində ciddi itki baş verib. Matc.az saytının Haiti mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi Soni Mustivar sıradan çıxıb.
Orta sahə oyunçusu Haiti yığmsının düşərgəsində olarkən məşqlərin birində zədələnib. Həkim müayinəsi zamanı 29 yaşlı futbolçunun sağ dizində ciddi zədə aşkarlanıb. Bu üzdən o, KONKAKAF Qızıl kuboku üçün açıqlanan heyətdən çıxarılıb.
Mustivarın nə zaman yaşıl meydanlara dönəcəyi açıqlanmasa da, onun ən azı 1 ay futboldan uzaq qalacağı dəqiqdi. Oyunçu böyük ehtimalla "ağ-qaralar"ın Avropa Liqasının I təsnifat mərhələsi matçlarını buraxacaq.
Qeyd edək ki, "Neftçi" Avropa Liqasında ilk görüşünü iyulun 11-də keçirəcək.