Braziliya yığmasının və PSJ-nin hücumçusu Neymar problemlərdən heç cür qurtula bilmir. Matc.az saytının "Marca"ya istinadən məlumatına görə, braziliyalı model Najila Trindade Mendes de Souzanın ulduz futbolçu ilə yaşadığı xoşagəlməz olayların təfərrüatları üzə çıxıb.

Bu barədə şikayətçi xanım yerli kanallardan birinə açıqlamasında danışıb. Modelliklə peşəkar şəkildə məşğul olan Najila Trindade mayın 15-də Parisdə olub. O, həmin gün oteldə təşkil edilən bir tədbirə Neymarla birlikdə qatılıb.

Mendes de Souza hələ səfər öncəsi futbolçu ilə cinsi əlaqə qurmaq niyyətində olduğunu etiraf edib. Lakin o, futbolçunun kobud davranışından şikayət edib: "Maliyyə problemlərinə görə, səfər və oteldə qalma xərclərimi Neymar ödədi. Lakin daha sonra onun fərqli insan olduğunu gördüm. Otaqda qoruyucusuz cinsi əlaqə qurmağımızı istədi. Ardından sərt şəkildə ayaqlarıma vurmağa başladı. Onun təcavüzünün qurbanı oldum".

Najila Trindade polisə ifdəsində bildirib ki, hadisədən bir gün sonra Neymar ona həmin anın şəkillərini göndərib. O, tanınmış vəkillərdən təhdidlər aldığını da vurğulayıb: "Neymarla heç vaxt sevgili olmaq barədə düşünməmişəm. Bəli, yeganə gözləntim cinsi əlaqə idi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest