24 Sentyabr 2025, 16:22
FUTBOL
Futbol üzrə Bolqarıstan milli komandasının yeni baş məşqçisi məlum olub.
Sportal.az xəbər verir ki, yığmanı Aleksandr Dimitrov çalışdıracaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
49 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Aleksandr Dimitrovun son iş yeri Bolqarıstanın U-21 yığması olub.