"Real"ın hücumçusu Kilian Mbappe Azərbaycan və İslandiyaya qarşı dünya çempionatının seçmə mərhələsi çərçivəsində Fransa millisi ilə ardıcıl iki gündür məşqi buraxıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı AS paylaşıb.

Forvard şənbə günü Madrid klubunun "Vilyarreal"a 3:1 hesabı ilə uduzduqları oyunda topuğundan zədə alıb. 26 yaşlı futbolçu 81-ci dəqiqədə qol vurduqdan az sonra meydanı tərk etmək məcburiyyətində qalıb və birbaşa paltardəyişmə otağına yollanıb.

Bundan əlavə, "Liverpul"un müdafiəçisi İbrahima Konate də yığmanın məşqində iştirak edə bilməyib.

Qeyd edək ki, DÇ-2026-nın D qrupunda mübarizə aparan millimiz Fransa ilə oktyabrın 10-da, səfərdə üz-üzə gələcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest