08 Oktyabr 2025, 00:25
FUTBOL
"Real" Almaniya millisi və Dortmund "Borussiya"sının müdafiəçisi Niko Şlotterbek üçün yarışa qoşula bilər.
Matc.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Bildirilir ki, Madrid klubu müqaviləsi 2027-ci ilin yayında başa çatacaq futbolçunun vəziyyətini diqqətlə izləyir. "Kral klubu" 25 yaşlı futbolçu ilə maraqlanan "Barselona" ilə rəqabət aparmaq niyyətindədir. Lakin Kataloniya klubu hələ də "Borussiya"ya konkret təklif göndərməyib.
"Real"ın Raul Asensionun qeyri-sabit çıxışı və Antonio Rüdiger ilə David Alabanın 2026-cı ilin yayında başa çatacaq müqavilələri səbəbindən Şlotterbeki nəzərdən keçirdiyi vurğulanır.