08 Oktyabr 2025, 09:35
FUTBOL
“Barselona” hələ də "Kamp Nou"da oyun keçirməyə icazə ala bilmir.
Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi La Liqanın 9-cu turunun “Jirona” ilə oyununu Olimpik Lyuis Kompanis stadionunda keçirəcək. Görüş oktyabrın 18-də baş tutacaq.
Şəhər hakimiyyəti hələ də klubun əsas arenada matç keçirməsinə icazə verməyib.
Xatırladaq ki, "Barselona" sonuncu rəsmi oyununu "Kamp Nou"da 2023-cü ilin may ayında keçirmişdi. Bundan sonra stadionda yenidənqurma işləri başlayıb.