08 Oktyabr 2025, 09:56
FUTBOL
"Real" "Çelsi"nin yarımmüdafiəçisi Entso Fernandesi transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.
"Kral klubu"nun nümayəndələri "Çelsi"nin Premyer Liqada "Liverpul"u 2:1 hesabı ilə məğlub etdiyi oyunu canlı izləyib. Onlar rəhbərliyə Entsonun keçidinin vacibliyini vurğulayıb.
24 yaaşlı futbolçu özü də "Real"a keçmək istəyir. Klubu onun üçün 130 milyon avro təzminat tələb edir.
Qeyd edək ki, Entso Fernandes bu mövsüm "Çelsi"nin heyətində keçirdiyi 17 oyunda 4 qol vurub, 4 qol ötürməsi edib.