Topaz Premyer Liqasının VIII turunun rəmzi komandası açıqlanıb. Matç.az saytı xəbər verir ki, "InStat"ın təhlilinə əsasən müəyyənləşən "11-lik"də "Sabah" daha çox – 5 oyunçu ilə təmsil olunub.
"Qarabağ"la "Qəbələ"nin iki futbolçusu rəmzi komandaya düşüb. "Sumqayıt"la "Keşlə" bir oyunçusu "11-liy"ə layiq görülüb.
Qapıçı: Kamran Ağayev ("Keşlə")
Müdafiəçilər: Vanderson Silva ("Sabah") – 2, Şəhriyar Əliyev ("Sumqayıt") – 3, Filip İvanoviç ("Sabah"), Novruz Məmmədov ("Sabah") – 2
Yarımmüdafiəçilər: Abdullah Zubir ("Qarabağ") – 2, Ceyms Adeniyi ("Qəbələ") – 3, Miloş Bosançiç ("Sabah"), Mahir Mədətov ("Qarabağ") – 2
Hücumçular: Marko Deviç ("Sabah") – 4, Stiven Monroz ("Qəbələ")
Qeyd: Futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.