"Başa düşürük ki, "Qarabağ" adi komanda deyil, avrokuboklarda böyük təcrübəsi var". Matç.az saytının məlumatına görə, bunu "Vorskla"nın kapitanı Vladimir çesnakov deyib.
Ukrayna təmsilçisi Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün "Qarabağ"ın qonağı olacaq. Yerli mətbuata açıqlama verən 30 yaşlı dayaq yarımmüdafiəçisi Bakıdan uğurlu nəticə ilə ayrılmaq istədiklərini bildirib: "Bizim üçün asan olmayacaq. Buna baxmayaraq, bütün gücümüzü ortaya qoyacağıq ki, uğurlu nəticə əldə edək. Minimum hədəfimiz burdan heç-heçə ilə ayrılmaqdı. Yüksək səviyyəli futbol sərgiləmək istəyirik. Ancaq xallar qazanmaq bundan da vacibdi".
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" – "Vorskla" görüşünün start fiti 20:55-də səslənəcək.