21 Oktyabr 2025, 15:41
FUTBOL
"Real"ın heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, müüdafiəçi David Alaba sıradan çıxıb. Bu barədə "El Chiringuito TV" məlumat yayıb.
Avstriyalı futbolçu ayaq əzələsindən zədə alıb. Alaba təxminən 10 gün yaşıl meydanlardan uzaq qalacaq.
33 yaşlı mərkəz müdafiəçisi oktyabrın 26-da"Barselona" ilə "El Klasiko" matçında iştirak etməyəcək.
Qeyd edək ki, David Alaba bu mövsüm "Real"ın heyətində 4 oyunda meydana çıxıb.