21 Oktyabr 2025, 15:24
FUTBOL
"Napoli"nin prezidenti Aurelio De Laurentis maraqlı açıqlama verib.
Matc.az xəbər verir ki, İtaliya klubunun rəhbəri milli komandalar üçün yaş limitinin tətbiq olunmalı olduğunu bildirib:
"Milli komandalara yaş limiti gətirilməlidir. 23 yaşdan yuxarı futbolçuların millidə oynaması qadağan olunmalıdır. 30 yaşlı oyunçular yığmada zədələnirlər. Bu, daxili çempionatlara zərər verir. Sonra da futbolçuların maaşını biz ödəyirik".