Azərbaycan millisi FİFA-nın bu gün açıqlanan reytinq siyahısında 1 pillə irəliləyib. Matç.az saytı xəbər verir ki, 2018-ci ildən Qurban Qurbanovun rəhbərliyi altında çıxış edən yığmamız 3-cü dəfə mövqeyində inkişafa nail olub.

Millimizin ilk irəliləyişi aprelə təsadüf edib. Həmin vaxt 1 addım "artıran" komandamız 126-cı yerə qalxıb.

İkinci sıçrayış daha nəzərəçarpan olub. İyunda millimiz 21 addım atmaqla 105-ci yerə yiyələnib. Bu gün gerçəkləşən 3-cü irəliləyiş zamanı isə komandamız 108-ci yeri 107-ciyə dəyişib.

ümumilikdə isə bu il 9 dəfə reytinq siyahısı açıqlanıb. Komandamız 3 dəfə irəli, 4 dəfə geri düşübsə, 2 dəfə mövqeyində qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest