UEFA Çempionlar Liqasında Liqa mərhələsinin IV turuna yekun vurulub.

Matc.az xəbər verir ki, "Mançester Siti" doğma meydanda Dortmund "Borussiya"sını məğlub edib. Qarşılaşma İngiltərə təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 10-a yüksəldən "Mançester Siti" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 7 xalı olan "Borussiya" isə 14-cü yerdədir.

"Mançester Siti" - "Borussiya" 4:1
Qollar:
Fil Foden, 22, 57, Erlinq Haaland, 29, Rayan Şerki, 90+1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest