19 Noyabr 2025, 20:59
FUTBOL
"Roma" "Tottenhem"in hücumçusu Matis Tel ilə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Bildirilir ki, "Roma"nın baş məşqçisi Can Pyero Qasperini qış "transfer pəncərəsi" zamanı komandanın hücum xəttini gücləndirmək istəyir. İtaliya klubu Teli icarəyə götürməyə ümid edir.
20 yaşlı fransız futbolçunun "Tottenhem"dən ayrılmağa hazır olacağı gözlənilir. O, bu mövsüm kifayət qədər oyun vaxtı almayıb və hətta Tomas Frankın Çempionlar Liqası üçün heyətinə də daxil edilməyib.
Qeyd edək ki, Tel bu mövsüm "Roma"da bütün turnirlərində 11 oyunda meydana çıxıb və 2 qol vurub. Onun transfer dəyəri 35 milyon avro qiymətləndirilir.



_1763583262.jpg)







