22 Noyabr 2025, 13:22
FUTBOL
"Real" və Vinisius Junior 2027-ci ilin yayında başa çatacaq müqaviləsinin müddətini uzatmaq üçün yekun razılığa gəlməyə çalışırlar.
Matc.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Hər iki tərəf tərəfdaşlıqlarını davam etdirmək istəyir. Klublararası dünya çempionatından sonra tərəflər arasında yeni müqavilə ilə bağlı yaranan fikir ayrılıqları son həftələrdə həll olunduğu bildirilir.
Qeyd edək ki, Vinisius 2018-ci ildən Madrid klubundadır. Bu müddət ərzində 25 yaşlı hücumçu bütün yarışlarda 338 oyunda meydana çıxıb, 111 qol vurub və 87 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 150 milyon avrodur.












