İspaniya La Liqasının prezidenti Xavyer Tebas "Barselona" ilə bağlı məxfi məlumatların açıqlanması səbəbindən vəzifəsini itirə bilər.

Matc.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

İdman üzrə İnzibati Tribunal (TAD) "İdmanda şəffaflıq və demokratiya" assosiasiyasının prezidenti Anxel Qalandan şikayət alıb. Qalanın sözlərinə görə, "Kamp Nou"da VIP yerlərin satışı ilə bağlı məxfi məlumatlar 2025-ci ilin aprel ayında La Liqanın saytında dərc olunub. Bununla da, Tebas klub büdcəsi qaydalarının 5 maddəsini pozmuş olub.

Buna görə də Tebas ictimai xəbərdarlıq, vəzifəsindən müvəqqəti uzaqlaşdırılma və ya hətta La Liqa prezidenti vəzifəsindən azad edilməsi ilə üzləşə bilər.

Xatırladaq ki, katalonlar stadionundakı 475 yeri "Şəxsi oturacaq lisenziyası" biznes modeli çərçivəsində naməlum investorlara 100 milyon avroya satıblar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest