22 Noyabr 2025, 14:21
FUTBOL
"Parma" Visente Quaytanı azad agent kimi heyətinə qatdığını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilə 2026-cı ilin yayına qədər nəzərdə tutulub, lakin müqaviləyə uzadılma bəndinin daxil edilib-edilməyəcəyi məlum deyil.
Quaytanın son klubu ötən yay ayrıldığı "Selta" klubu olub. 38 yaşlı qapıçı həmçinin "Valensiya", "Xetafe" və "Kristal Pelas"da də çıxış edib.
Qeyd edək ki, bu transfer zədə səbəbindən növbəti 3-4 ay meydandan kənar qalan "Parma"nın əsas qapıçısı Zion Suzukinin yerinin doldurulması üçün nəzərdə tutulub.












