22 Noyabr 2025, 15:46
FUTBOL
"Ayın qolu" layihəsi çərçivəsində "Şəfa" futbol klubunun üzvü Nihad Quliyev mükafatlandırılıb.
I Liqada "Ayın qolu" layihəsi çərçivəsində "Şəfa" futbol klubunun üzvü Nihad Quliyev mükafatlandırılıb.
Matc.az xəbər verir ki, oktyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı VIII turun "Şəfa" - "Difai" qarşılaşmasından əvvəl təqdim edilib.
Futbolçuya təqdimatı Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev edib.












