"İnter", "Genoa" və Belçika millisinin sabiq müdafiəçisi Zinyo Vanhoysden karyerasını başa vurduğunu açıqlayıb.

Matc.az xəbər verir ki, 26 yaşlı idmançı bu xəbəri sosial media hesabında paylaşıb.

"Ürəyimdə həmişə futbolçu olmaq istəyirdim, amma bədənim uzun müddətdir ki, "yetər" deyirdi. Və buna görə də özümə, sağlamlığıma və ata kimi məsuliyyətimə hörmət etdiyim üçün, bu qərarı verirəm", - belçikalı futbolçu yazıb.

Bu qərarın səbəbi son illərdə aldığı bir sıra ciddi zədələr olub. Bu səbəbdən o, artıq ötən yay karyerasını bitirməyi düşünürdü. Bir neçə gün əvvəl isə Vanhoysden karyerasında üçüncü dəfə çarpaz bağını qopardı.

"İnter" akademiyasının yetirməsi Belçikanın müxtəlif yaş qrupları üzrə gənclər komandalarında 40 oyunda doqquz 9 vurub və 2020-ci ildə hətta əsas milli komandasında bir oyun keçirib.

O, ötən yaydan bəri İspaniyanın "Marbella" klubunda çıxış edirdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest