22 Noyabr 2025, 13:28
FUTBOL
Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Napoli"yə xəbərdarlıq edilib.
UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Napoli"yə xəbərdarlıq edilib.
Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
UEFA-nın xəbərdarlığının səbəbi Neapol təmsilçisinin Çempionlar Liqasında 4-cü turun PSV ilə matçında (2:6) əxlaq davranışları qaydalarını pozmasıdır.
Baş məşqçi Antonio Kontenin qayda pozuntularına yol verdiyi bildirilib.
Qeyd edək ki, "Qarabağ"ın "Napoli" ilə oyunu noyabrın 26-sı İtaliyada keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.












